YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunları ilə əlaqədar telekommunikasiya xidmətlərinə dair öhdəliklər tam yerinə yetirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi (“Baktelekom”) və “Aztelekom” İstehsalat birlikləri (İB) “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı öhdələrinə düşən vəzifələri uğurla həyata keçirib.

Nazirlikdən verilən məlumata görə, “Baktelekom” tərəfindən birinci Avropa Oyunları ilə əlaqədar oyun və təşkilati məkanlara əsas və alternativ istiqamətlərdə 300 kilometrdən çox optik və 10 kilometrdən çox mis kabellər çəkilib. Kabellərin parametrləri “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) tələbinə uyğun təmin edilib. Bununla yanaşı, istismar üzrə operativ briqadalar təşkil olunub, obyektlərin və kabellərin mühafizəsi gücləndirilib. BAOƏK-lə yanaşı, güc strukturlarına, mobil operatorlara və AzTV-yə optik liflər ayrılıb.

“Aztelekom” İB isə Mingəçevir Kür İdman Mərkəzi və Atletlər kəndində əsas və alternativ istiqamətdə optik və mis kabellər istismara verib. Mingəçevir və Bakı arasında 2 alternativ istiqamətdə telekommunikasiya xidmətləri və yayım üçün 10 geqabayt-saniyə həcmində tutum ayrılıb.