YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Şərqi Zəngəzurda yaradılan generasiya gücü ilin sonunadək 200 meqavata çatacaq

2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var.

Bu barədə Prezident İlham Əliyev Mingəçevir şəhərində yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinin ilk növbədə, elektroenergetika sahəsindən başladığını qeyd edən dövlətimizin başçısı deyib ki, artıq 10-dan çox yarımstansiya və 10-dan çox su elektrik stansiyası inşa edilib: “Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq”.

Prezident bildirib ki, bütün stansiyalar ümumi şəbəkəyə qoşulub. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır.