YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Crystal Group of Companies”dən qardaş Türkiyəyə dəstək...

Qardaş Türkiyədə baş vermiş şiddətli zəlzələ hər bir azərbaycanlını sarsıtdı. Zəlzələ nəticəsində həlak olanlara Allah rəhmət eləsin, doğmalarına Allah səbr və güc versin. Azərbaycan hər zaman olduğu kimi, yenə də Türkiyəli qardaşlarının yanındadır.  Birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, çətinliklərdən və sınaqlardan birlikdə mətinliklə çıxmaq Azərbaycan xalqının ən ali keyfiyyətlərindən biridir. Zəlzələnin ilk saatlarından Türkiyənin yanında olmaq, qardaşlıq və dostluq münasibətlərinin möhkəmliyinin və sarsılmazlığının əyani sübutudur. Humanizm, mərhəmət prinsipləri, yardımsevərlik Türkiyə- Azərbaycan münasibətlərinin başlıca prinsipidir.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına, xəsarət alan insanların  öz sağlamlıqlarına qovuşması üçün görülən işlərə dəstək verilməsi, görülən təxirəsalınmaz işlərə dəstək verilməsi üçün “Crystal Group of Companies” ailəsi adından  T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı - AFAD-a 200 000 TL ianə edilib. 

“Crystal Group of Companies” hər bir azərbaycanlını ağır günlərdə qardaş Türkiyə dövlətinə dəstək olmağa çağırıb.