YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir sinədə iki ürək döyünür

Səmayə Piriyeva

Hacıqabul rayonu, sabiq millət vəkili

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bütün türk dünyasını sarsıtmışdır. Azərbaycan xalqının böyükdən kiçiyə hər bir vətəndaşı dərin hüzn içində olsa da, heç kəs öz nikbinliyini itirməmişdir. Hamımız inanırıq ki,  həmişə olduğu kimi, bu dəfə də böyük Türk xalqı hər bir çətinliyə sinə gərərək, bu faciəni də inamla dəf edəcəkdir. 

Bütün  dünyaya məlumdur ki, yenilməz Türk dövlətinin iradəsi sarsılmazdır. Mən bir Azərbaycan vətəndaşı olaraq, bir ana kimi, bütün Türkiyənin vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm, “Türkiyə, başın sağ olsun!” deyirəm.

Azərbaycan Respublikasının Prezidenti,  Yeni Azərbaycan Partiyasının  Sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük humanizmi təqdir olunur. Eyni zamanda, çoxminli  Yeni  Azərbaycan Partiyasının ilk üzvlərindən biri kimi qeyd edirəm ki, bütün Azərbaycan xalqı kimi doğma, qüdrətli  partiyamızın üzvlərinin Türkiyə xalqına maddi və mənəvi köməyi, eləcə də YAP Mərkəzi Aparatının humanitar dəstəyi sarsılmaz həmrəyliyimizin ifadəsidir.

Bildirmək istəyirəm ki, paytaxt Bakıdan bir qədər uzaqda yaşasam da, bir ağbirçək ana, sabiq  millət vəkili  kimi Türkiyədə zərər çəkənlərə, bacı və qardaşlarıma ismarıc göndərirəm: bir neçə ailəni öz evimdə qəbul  edib  onların qayğısını çəkməyə hazıram. 

Qoy dünya bilsin ki, daim olduğu  kimi,  biz  daim qardaş  Türk  xalqının  yanındayıq! Qoy hamıya aydın olsun ki, bir sinədə iki ürək döyünür. Ulu Öndərimiz Heydər Əliyevin təbiri ilə desək, bir millət iki dövlət olan Türkiyə- Azərbaycan birliyi heç vaxt sarsılmayacaqdır!