YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diqqət Şuşaya: Türk dünyası mədəniyyət paradına hazırlaşır

Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər təşkili olunacaq.

Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

İl ərzində qala-şəhərdə türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayişi, eyni zamanda kulinariya günlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin cari il ərzində türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili də gözlənilir.

DİGƏR Xəbərlər Arxiv