YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaş müraciətləri diqqət mərkəzində...

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə Yeni Azərbaycan Partiyasının inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək, onların müraciət və təkliflərini dinləyiblər.

Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı və partiyanın rayon təşkilatının sədri tərəfindən nəzarətə götürülüb.

Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan  razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.