YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsil naziri: Azərbaycanda çox müsbət demoqrafik artım müşahidə olduğundan yeni tədris ilində şagirdlərin sayının artacağı gözlənilir

Təhsil Nazirliyinin ortamüddətli proqnozlarına görə, növbəti 5 ildə Azərbaycanda orta məktəb şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq. Bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov qeyd edib ki, bu, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir. Onun sözlərinə görə, hazırda məktəblərin 1-ci siniflərə qəbul prosesi davam edir. Azərbaycanda çox müsbət demoqrafik artım müşahidə olduğundan yeni tədris ilində 1-ci sinfə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir.

 «Yaşı 6-dan çox olan uşaqların təhsilə cəlbinin yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzindədir. Çünki nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir. Ümid edirəm ki, onlar yerli qurumlarla, yerli təhsil şöbələri ilə sıx işləyir. Burada ictimaiyyətin, medianın da rolu çox mühümdür. Bir çox ölkədə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur. Amma Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil.  Bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa, "şüur"un üzərində çalışmaq lazımdır»- deyə, nazir vurğulayıb.