YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Cənubi Afrika Respublikasına rəsmi səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Cənubi Afrika Respublikasına rəsmi səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nümayəndə heyətinin tərkibinə Cənubi Afrika Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və digər rəsmi şəxslər daxildirlər.

Keyptaun Beynəlxalq hava limanında nümayəndə heyətini Cənubi Afrika Respublikası Milli Assambleyasının vitse-spikeri David Ntombela, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Yamin Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının parlamentində olacaq, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.