YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın enerji təhlükəsizliyindəki rolu günbəgün artmaqdadır

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir ki, bu gün ölkəmiz dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malikdir. Eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti istər regional, istərsə də beynəlxalq miqyasda günbəgün artmaqdadır.

Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı keçirildi. Bu cür beynəlxalq əhəmiyyətə malik iclasların Bakıda keçirilməsi Azərbaycanın dünyadakı yüksək  nüfuzunun və etibarlı tərəfdaş olmasının göstəricisidir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxış edən Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün kəsb etdiyi əhəmiyyətdən, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyindən bəhs edərək Azərbaycanın bütün bunlara hazır olduğunu qeyd etdi. Daha sonra cənab Prezidentimiz Azərbaycanda enerji təhlükəsizliyi sahəsində həyata keçirilən işlər haqqında ətraflı məlumat verdi.  Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandumu qeyd edən Azərbaycan Prezidenti, imzalanmış Memorandumunun uğurlu əməkdaşlığımızın zəmanəti olduğunu və Memorandumun yüksək səviyyədə icra olunduğunu vurğuladı. Çıxışında Prezident İlham Əliyev işğaldan azad olunmuş Azərbaycan torpaqlarında da yüksək  külək və günəş enerjisi potensialının mövcud olmasını və artıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqların aparıldığını diqqətə çatdırdı.

Bu gün Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz tərəfindən böyük enerji layihələri uğurla icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində irəli sürdüyü bütün təşəbbüslər dünya ölkələri tərəfindən dəstəklənir və təqdir edilir.