YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycan Avropa İttifaqı ilə yanaşı, ayrı-ayrı Avropa ölkələri ilə də qarşılıqlı iqtisadi-siyasi əlaqələrini durmadan genişləndirir. Son illərdə  Prezident İlham Əliyevin  bir neçə Avropa ölkəsinə rəsmi səfərləri reallaşıb, Avropa ölkələrinin rəhbərləri Bakıda qarşılanıblar.

Azərbaycan–Rumıniya dostluq və tərəfdaşlıq münasibətləri  bu gün çox yüksək səviyyədədir. Ölkəmiz  ötən əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa edəndə ölkəmizi  bir dövlət kimi tanıyan ilk  ölkələrdən biri  məhz Rumıniya olmuşdur. Rəsmi Buxarest həmin il dekabrın 11-də Azərbaycanın müstəqilliyini tanımışdı. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyun ayının 19-da qurulmuşdur.

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Dövlət başçımızın da yada saldığı kimi, ölkələr arasında  strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bundan başqa, siyasi əlaqələrimiz yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Bakı ilə Buxarest bu gün on illər boyu davam edən qətiyyətli addımlar və prinsipial  fəaliyyət nəticəsində, həm də, mühüm  strateji tərəfdaşlıq platformasına əsaslanaraq, müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru çox önəmli addımlar  atırlar.

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-3 tarixləridə  Azərbaycana rəsmi  səfər etmişdir. Onunla görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir: Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Fevralın 3-də  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.Eyni zamanda Rumıniya tranzit ölkə kimi  Azərbaycandan əldə edəcəyi qazı digər ölkələrə, xüsusilə də Rusiyadan kəskin qaz asılılığında olan Moldovaya ötürməyi hədəfləyir.  Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri bu əlaqələrin yüksələn xətlə inkişafına, dostluq münasibətlərinə söykənir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. Azərbaycan enerji ixracını artırmaq üçün infrastrukturun genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirir. Rəsmi Bakı Rumıniya ilə əlaqələrin genişləndirilməsində həm də buna görə maraqlıdır.

Rumıniya Prezidenti Klaus Yohannis Bakıda – azərbaycanlı həmkarı ilə birlikdə mətbuat üçün bəyanatla çıxış edərkən xatırlatdı ki, biz Prezident İlham Əliyevlə  mühüm siyasi məsləhətləşmələr apardıq. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir.

Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji ixracı layihəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirdi ki, bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Azərbaycan Ruminiya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar var. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaqdır.