YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar var

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri 

Fevralın 2-də Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat bir sıra mühüm məqamlarla yadda qaldı.

Cənab Prezident öz bəyanatında Azərbaycan və Rumıniya arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıqdan danışaraq bildirdi ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

Azərbaycan və Rumıniya uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb və siyasi əlaqələrimiz çox yüksəkdir. Ölkə başçımız bəyanatında diqqətə çatdırdı ki, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlarda  atılacaqdır. Bu gün energetika təkcə Azərbaycan –Rumıniya əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illərdir ki, Azərbaycanın neft şirkəti “SOCAR” Rumıniyada fəaliyyət göstərir və orada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Bundan başqa, təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş də əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək, digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcəkdir. 2 il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilib. Ölkəmiz qaz ixracatını sürətlə artırır və ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu imzalanıb.

3 fevralda isə Cənab Prezident Yohannis Azərbaycanda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak etdi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir. Bu istiqamətdə çox önəmli addım atılıb və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni və iki dənizi birləşdirən bir layihədir.Bu gün Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Ölkələr arasında əməkdaşlıqda digər prioritet sahə nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və Rumıniya Prezidentinin səfəri zamanı bu məsələ üzərinə də xüsusi  vurğu salındı.

Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, həm də nəqliyyat sahəsində gözəl nəticələrə gətirib çıxaracaq.