YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladının doğum günü qeyd olunub

Səbail rayonunda şəhid övladının doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun evinə gedərək, şəhidin qızı Nazlını doğum günü münasibətilə təbrik ediblər.

Söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu vurğulanıb.

Şəhidin anası Gültəkin Qənbərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv