YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında beynəlxalq olimpiadaların qalibləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami rayonunun 129, 145, 62, 70 saylı məktəblərinin, “Zəngi” və Kimya-Biologiya təmayüllü liseylərin “Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası”nda, “SASMO”da, “Amerika Beynəlxalq Riyaziyyat Olimpiadası”nda (AMO), “Beynəlxalq Riyaziyyat Olimpiadası”nda (IMO), “Kolumbiya Elm Olimpiadası”nda və digər beynəlxalq olimpiada platformalarında qalib olmuş şagirdləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzinin direktoru Eltac Cəbiyev və başqaları Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətində təhsil istiqamətindən danışıblar. Qeyd ediblər ki, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi gənclər siyasətinin əsas istiqamətlərindəndir, Bu gün gənclərimizin qazandığı nailiyyətlər uğurlu gənclər siyasətinin nəticəsidir.

Diqqətə çatdırılıb ki, beynəlxalq olimpiadalarda azərbaycanlı şagirdlərin fəal iştirakı və yüksək nəticələr əldə etməsi qürurvericidir.

Görüşün sonunda olimpiadaların qalibləri və onların təmsil etdikləri təhsil müəssisələrinin rəhbərləri mükafatlandırılıblar.