YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Rumıniya əlaqələri uğurla inkişaf edir

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan-Rumıniya əlaqələrində son illərdə dinamik inkişaf müşahidə olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Rumıniya əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Tərəflərin siyasi-iqtisadi əlaqələrə təkan verən mühüm addımlar atması da təmasların dinamikliyini daha da dərinləşdirib və münasibətlərin məntiqi nəticəsi olaraq Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın möhkəm təməli qoyulub.

Bu gün regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər. Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Hər il prezidentlərin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər əlaqələrin dinamiklik və keyfiyyət baxımından daha da zənginləşməsi üçün təkan rolunu oynayır. Fevralın 2-də Rumıniyanın Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər də bu münasibətlərin daha da inkişafından xəbər verir.

Məlum olduğu kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Belə ki, Rumıniya birmənalı olaraq özünün enerji təhlükəsizliyinin təminatını Azərbaycanın timsalında görür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Ölkə başçılarının görüşü zamanı ötən il “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olundu, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirildi, Rumıniya və Azərbaycanın uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirildiyi, strateji tərəfdaşlığa dair iki sənəd imzalandığı, siyasi əlaqələrin çox yüksək səviyyədə olduğu, Azərbaycan və Rumıniya  arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün  də  əlavə addımlar  atılacağını vurğulandı. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Əminliklə söyləmək olar ki, bu rəsmi səfər bu perspektivlərdən istifadə imkanlarının araşdırılması baxımından da müstəsna əhəmiyyət kəsb edəcək. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Rumıniya əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

DİGƏR Xəbərlər Arxiv