YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qəhrəmanlığınla örnək oldun gənclərə”

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəhid Rahib Məmmədovun anım günü münasibətilə “Qəhrəmanlığınla örnək oldun gənclərə” adlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, şəhid ailələri və qazilər, partiya fəalları, təhsil və mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdiyi şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələrinin, tədbirdə əvvəlcə Rahib Məmmədovun qəbri üstünə və Mahrızlı kənd tam orta məktəbinin qarşısında qoyulan büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edənlər cəsur əsgərin mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs ediblər.

Tədbirdə məktəblilər Rahib Məmmədova həsr olunmuş şeirlər söyləyiblər.

Sonra Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “Əbədiyyətə qovuşan ömür” adlı sənədli film nümayiş olunub.

Qeyd edək ki, Rahib Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.

DİGƏR Xəbərlər Arxiv