YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunları zamanı Azərbaycan idmançılarının şərəfinə “Zəfər günləri” təşkil olunacaq

Birinci Avropa Oyunlarının keçirildiyi günlərdə - iyunun 14-dən 29-dək Milli Olimpiya Komitəsi (MOK) yarışların qalibləri və mükafatçıları olan Azərbaycan idmançılarının şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbir keçirəcək.

MOK tərəfindən ilk dəfə həyata keçirilən bu layihə zamanı medallar qazanan atletlərimiz, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Komitənin inzibati binasında görüşlər təşkil ediləcək. Zəfər qazanan idmançılarımıza MOK-un xüsusi mükafatları veriləcək.

Tədbir KİV nümayəndələri üçün xüsusi əhəmiyyət daşıyacaq. Uğur qazanan atletlərimizdən, onların ailə üzvlərindən eksklüziv müsahibələr almaq üçün KİV-lər üçün ayrılan guşədə şərait yaradılacaq. Onlar həm də birinci Avropa Oyunlarının yarışlarını böyük ekranlı televizorlarla izləyə, MOK-da yaradılan media otağında qarşılaşmaların gedişi ilə bağlı ən son məlumatları internetdən əldə edə biləcəklər. “Zəfər günləri” tədbirinin iştirakçıları ilə yanaşı, qaliblərə və mükafatçılara verilən ən yaxşı suala və eyni zamanda, jurnalistlərin bu tədbirdən hazırladıqları ən yaxşı yazıya görə hədiyyələr də veriləcək.

MOK həmişə olduğu kimi, yenə də Azərbaycan atletlərinin, KİV-lərin və idman ictimaiyyətinin doğma ocağına çevriləcək. Komitənin binasının qapıları “Zəfər günləri”ndə də birinci Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən və digər maraqlı, yaddaqalan anların, bir sözlə, “Bakı-2015” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açıq olacaq.