YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Azərbaycan hər zaman əməkdaşlığın çox nadir və səmərəli formatını təqdim edir

“Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi daxili tələbatını ödəməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına davamlı töhfələrində də özünün aydın ifadəsini tapır. Əməkdaşlığa regional çərçivədən başlayan Azərbaycan bu gün artıq çoxtərəfli əməkdaşlığın başlanğcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsinə nail olub. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasını bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirən cənab İlham Əliyev belə bir reallığı da böyük əminliklə qeyd edir ki, Azərbaycan hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası enerji sektorunda qazandığımız uğurların, onlara yol açan düşünülmüş və məqsədyönlü siyasətin təqdimatı oldu. Dünyanın diqqətini Azərbaycana yönəldən bu tədbir mühüm çağışları özündə ehtiva etdi. Etimad mühitinin qorunması və daha da möhkəmləndirilməsi dövlətlər arasında münasibətlərin inkişafında, qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqda, başlanan hər yeni layihənin icrasında səylərin birləşdirilməsində vacib faktor kimi önə çəkildi.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, dünyanın dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin hər bir ökə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən  bu tədbir qarşıda dayanan yeni vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi: “Həmçinin ənənəvi keçirilən bu tədbir qlobal səviyyədə iqtisadi mənzərənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu reallığı xüsusi qeyd etməliyik ki, Azərbaycan 1994-cü il 20 sentyabr tarixində ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkəmiz neft strategiyasının uğurlarını yaşayır. Neft gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsinin uğurla həyata keçirilməsinə yol açdı.”

Əliabbas Salahzadə qeyd edib ki, artıq dünya bu reallığı təsdiqləyir ki, Azərbaycan beynəlxalq miqyasda baş verən iqisadi proseslərin mərkəzindədir: “Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycan  səfərləri, keçirilən beynəlxalq əhəmiyyətli, tərəfdaşlar arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən beynəlxalq  tədbirlər Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır.”

Millət vəkili vurğulayıb ki, hazırkı dövrün əsas çağırılarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır: “Dövlət başçısı İlham Əliyev bərpaolunan enerji ilə bağlı planlarımızdan bəhs edərkən bildirdi ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış Anlaşma Memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Cənab İlham Əliyev bu məqama da diqqət yönəltdi ki, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə isə iş planımızı mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır. Belə bir əminlik də ifadə edildi ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq.”

Əliabbas Salahzadə Azərbaycanın böyük yaşıl enerji potensialına malik olmasını rəqəmlər əsasında diqqətə çatdırıb: “Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. İki il öncə azad etdiyimiz torpaqlarımızda 10 qiqavata yaxındır. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında bu məqamı da diqqətə çatdırdı ki, Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.”

“Göründüyü kimi Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikdir” söyləyən millət vəkili Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevriləcəyini böyük əminliklə bildirib: “Son bir ildə imzalanan sənədlər bərpaolunan enerji sahəsində mövcud imkanlarımızı dünyaya təqdim edir. Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.”

Əliabbas Salahzadə bildirib ki, Azərbaycan hər zaman əməkdaşlığın çox nadir və səmərəli formatını təqdim edir.