YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonisə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonisə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.”

DİGƏR Xəbərlər Arxiv