YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın icraçı direktoru: Azərbaycan Avropa ölkələrinin enerji təchizatında etibarlı mənbədir

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, Azərbaycanın Avropa ölkələrinin enerji təchizatında etibarlı mənbə olduğunu vurğulayan Luka Skyepatti İtaliyanın qaz istehlakının 15 faizinin TAP vasitəsilə təmin edildiyini deyib.

Görüşdə TAP-ın boru kəmərinin ötürmə gücünün mərhələli şəkildə illik 20 milyard kubmetrə çatdırılması üçün aparılan bazar sınaqlarının gedişatı nəzərdən keçirilib. Qeyd edilib ki, bazar sınağının birinci mərhələsinin nəticələrinə uyğun olaraq 2026-cı ildən ildə 1,2 milyard kubmetr əlavə qazın tədarükü mümkün olacaq. Bazar sınağının ikinci mərhələsi isə 2023-cü ilin ikinci yarısına planlaşdırılır. Söhbət zamanı hidrogenin nəqli perspektivləri və “TAP AG” konsorsiumunun bu istiqamətdə fəaliyyəti də nəzərdən keçirilib.