YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər cəmiyyətin müxtəlif sahələrində fəal rol oynayırlar

YAP Xaçmaz rayon təşkilatı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə 2 fevral -Gənclər günü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat fəaliyyətini əks etdirən foto - stendlərə baxış keçirilib.

Tədbirdə cıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ulu Öndər Heydər Əliyevin daim gənclərə qayğı göstərdiyini bildirib. Elnur Rzayev qeyd edib ki, əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hər bir gəncimiz qalib Azərbaycanı təmsil etdikləri üçün xoşbəxtdirlər. 44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin şücaəti, qəhrəmanlığı ilə qürur duyuruq. Gənclərimiz qanları, canları ilə tariximizin Zəfər səhifəsini yazdılar.”

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadasov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev hər zaman gənc nəslə böyük qayğı ilə yanaşıb: “Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi töhfədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox mühüm rol oynayırlar. Gənclər öz gələcək həyat yolunu düzgün müəyyən etmək, dövlətimizin maraqlarını qorumaq və ölkəmizin daha da qüdrətlənməsi üçün fəal olmalıdırlar.”

Tədbirdə Gənclər İdman idarəsinin rəisi Elman Məmmədov, Şəhid anaları Nərgiz Veyisova, Zəminə Ağasıyeva, Şəhid bacısı Fəridə Seyfullayeva, ekoaksiyanin iştirakcisi Yusif Məmmədəli çıxış ediblər.

Sonda YAP sıralarına qəbul olunmuş gənclərin bir qrupuna partiya vəsiqəsi təqdim olunub. Rayonun ictimai siyasi həyatında fəal iştirak edən gənclərin bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.