YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər və Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Ulu Öndər və Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşları iştirak ediblər.

Ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramlarının gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açmasındakı rolundan bəhs olunub. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gəncləri vətənə bağlılıq, sevgi nümayiş etdiriblər.

Sonda tədbir iştirakçıları "Gənclərin sözü" adlı film izləyiblər.