YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan Avropada etibarlı tərəfdaşlarımızdandır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Bu gün Yaxın Şərqdən Şərqi Avropaya qədər geniş bir coğrafiyada baş verən müharibələr, başqa bir tərəfdən pandemiyalar və onların yaratdığı fəsadlar qlobal siyasi –iqtisadi böhranlara səbəb olmaqla insanların rifahına mənfi təsir göstərir, yaşam şərtlərini çətinləşdirir, milyonlarla insanları yurdundan edərək qlobal miqrasiya böhranı yaradır. Dünyada gedən bu proseslər fonunda isə Azərbaycan müharibədən yeni çıxmasına baxmayaraq sabitlik və inkişaf adası kimi görünür. Bunun nəticəsidir ki, son illər ərzində Azərbaycan ilə Avropa ölkələri  arasında əlaqələr müxtəlif aspektlərdə, məsələn, enerji, nəqliyyat, ətraf mühit, iqtisadi, ticarət, sosial sahələr, habelə kommunikasiya məsələləri istiqamətlərində dinamik inkişaf edir. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol ən yüksək səviyyəyə çatıb. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edib. Artıq iki  ilə yaxındır ki, "Cənub qaz dəhlizi" tam gücü ilə işləyir və Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qaz Avropa bazarlarına çatdırılır.

Avropada etibarlı tərəfdaşlarımızdan biri də Macarıstan dövlətidir. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir və ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Hər iki ölkə geniş iqtisadi potensiala malik ölkələrdir. Azərbaycan və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır.

Cənab İlham Əliyevin yanvarın 29-da Macarıstana rəsmi səfəri  iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsi kimi də dəyərləndirilə bilər. Səfər zamanı iqtisadi və digər sahələrin inkişafına yönələn Anlaşma Memorandumlarının  imzalanması qarşılıqlı əməkdaşlığın gələcək inkişafı üçün mühüm zəmin yaradır. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığa verilən önəmi göstərir.