YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Macarıstanla əməkdaşlığı çoxşaxəlidir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının yaradılmasının müəllifi kimi yeri və rolunu möhkəmləndirir. Bu iki ildə dövlət başçısı İlham Əliyevin xarici səfərlərində əsas diqqət göstərdiyi məsələlərdən biri postmünaqişə dövrünün reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri olur. Azərbaycan bərpa işlərini müasir tələblər səviyyəsində həyata keçirir. Hər zaman ilklərə imza atan Azərbaycan bu gün “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə diqqətdədir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma işlərini sıfırdan başlayan Azərbaycan bu işləri öz daxili imkanlar hesabına həyata keçirir. Cənab İlham Əliyev bərpa işlərinə başlandığı gündən bu prosesdə dost ölkələrin də iştirakına xüsui önəm verildiyini diqqətə çatdırdı. Ölkə Prezidenti İlham Əliyevin bu günlərdə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, mətbuata bəyanatlarda iki ölkənin gələcək inkişafını özündə əks etdirən hədəflərin açıqlanması və sair kimi mühüm addımlar əsasında işğaldan azad edilmiş ərazilərimizlə bağlı görülən və görüləcək işlər özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin Macarıstan səfərində bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi üçün bu və ya digər sahələrdə mövcud imkanlar bir daha diqqətə çatdırıldı. Əsas diqqət göstərilən məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə dəstəyin göstərilməsi oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirdi ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq.

Cənab İlham Əliyev daim çıxışlarında bu məqamı da qeyd edir ki, hazırda  keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır.

Minaların təmizlənməsi prosesi bərpa-quruculuq işlərinin uzanmasına təsir göstərən amillərdəndir. Dövlət başçısı İlham Əliyev sözügedən səfəri zamanı mətbuata bəyanatında bu məsələyə də diqqəti yönəltdi ki, əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsi nəzərə alınaraq  əməkdaşlıq üçün yaxşı imkanların olduğunu görürük.

Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bütün tikililər dağıdılıb. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etmək üçün zəruri addımlar atılır. Şəhərlərin, kəndlərin yenidən qurulması, bərpası Baş planlar əsasında həyata keçirilir. Azərbaycanın şəhərsalma təcrübəsinin beynəlxaq ictimaiyyətin diqqətində olmasına baxmayaraq,  Avropa dövlətlərinin, o cümlədən Macarıstanın təcrübəsindən istifadə etməkdə maraqlıdır. Bütün hallarda əsas məqsəd həm bu ərazilərin müasir tələblər səviyyəsində qurulması, həm də dost, tərəfdaş ölkələrlə münasibətlərin daha da möhkəmlənməsidir. 

Göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq  əməkdaşlığımızın başqa sahələri də  var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

DİGƏR Xəbərlər Arxiv