YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər sonsuzadək gəncliyin qəlbindədir”

Nəsimi rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Ulu Öndər sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Ziyad Səmədzadə və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, rayonun elm, mədəniyyət, təhsil və idman sahəsində, ictimai, elmi-pedaqoji fəaliyyətdə fərqlənən qabaqcıl gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.

Bu gün ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu qeyd olunub. 

Tədbirdə rayonun ictimai-siyasi həyatında və müxtəlif sahələrdə fərqlənən bir qrup gəncə fəxri fərman təqdim olunub.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir konsert proqramı ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv