YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: “Ağıllı kəndlər”də icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında aqrar sənaye sahələrində müasir texnologiyalarla məhsuldarlığın artırılacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub. Əhalinin ərzaq təminatının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi də aktualdır. Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının istehsal həcminin və keyfiyyət səviyyəsinin yeni mərhələyə keçməsini tələb edir. Bu baxımdan azad edilmiş ərazilərdə yaradılan “Ağıllı kəndlər”də yeni “ağıllı” icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Orxan Məmmədov bildirib ki, KOBİA kənd yerlərində yaşayan gənc fermerlərə dəstək üçün Aqrar Kredit və İnkişaf Agentliyi ilə də əməkdaşlıq edir: “KOBİA bir sıra başqa sahələrdə də KOB-lara dəstək verir. Bura yerli bazarın araşdırılması, startap şəhadətnaməsinin verilməsi, KOB-lara dəstək göstərilməsi və başqa bu kimi tədbirlər daxildir".