YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gənclər ölkəsidir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri       

Ölkə əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı prioritet olub. 2 Fevral- Gənclər Günü Azərbaycan gəncliyinin ayrı-ayrı dövrlərdə keçdiyi yolun aydın mənzərəsini yaradır. Bu tarix həm ölkədə gənclərə diqqət və qayğının hansı səviyyədə olduğunu, həm də bu günün təsis olunması səbəbini təhlil etmək  zərurətini ortaya çıxarır. Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.  Bu fikir daim önə çəkilir ki, əgər dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci  dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də Gənclərin I forumu keçirilib,  1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix- 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ulu öndər Heydər Əliyev 1999-cu ildə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmana əsasən, Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.  2002-ci ildə  “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycanda gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qeyd etdiklərimizdən də göründüyü kimi, gənclərin inkişafı, dövlət idarəçiliyində irəli çəkilməsi ulu öndər Heydər Əliyevin diqqət göstərdiyi əsas məsələlər sırasında olub.

Son 19 ildən artıq bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizin inkişafına yönələn addımların davamlılığında öz əksini tapır. “Gənclər İli”nin, həmçinin “Könüllülər İli”nin təsis edilməsi də bu diqqət və qayğının nəticəsidir. Cənab İlham Əliyev daim bu reallığı da diqqətə çatdırır ki, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Ölkəmizdə gəncləşmə siyasəti aparılır. Hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.

Azərbaycanın dayanıqlı inkişafında yeni texnologiyaların rolu inkaredilməzdir. Bu da öz növbəsində kadr hazırlığını günün əsas tələbinə çevirir. Ümumilikdə hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini şərtləndirir. Ölkə Prezidenti İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki, onları bu səviyyəyə yüksəldən  təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.

Bu gün Azərbaycanda hansı sahəyə baxsaq gənclərimizin fədakarlığını, vətənpərvərlik hissindən irəli gələn addımlarının uğurlu nəticələrini görürük. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Xaricdə təhsil alan gənclərimiz, eyni zamanda, müasir müstəqil, qalib Azərbaycanın reallıqlarının təbliğatçılarıdırlar.