YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev İli”nə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 37 nömrəli ərazi partiya təşkilatının və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr edilmiş “Dahi insan” adlı tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə şagirdlərə geniş məlumat verilib. Ümummilli Liderin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasından danışılıb.

Daha sonra şagirdlər ulu öndər Heydər Əliyevə həsr etdikləri şeirləri səsləndiriblər.