YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda Ümummilli Liderin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Partiya fəalları, könüllülər, məktəblilərin də iştirak etdiyi aksiyada rayonun Güdəcühür kəndində yeni quraşdırılmış modul tipli ibtidai məktəbin ərazisində 100 ağac əkilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini deyib.