Xəbərlər
Azərbaycan və Misir beynəlxalq təşkilatlarda bir-birini bundan sonra da dəstəkləyəcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/6f6246935d5acfd425487a5a32bc4b23.jpg&w=360)
Azərbaycan və Misir bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcək, bir-birini bundan sonra da dəstəkləyəcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib ki, ölkələrimiz bu günə qədər iştirak etdikləri beynəlxalq təşkilatlarda - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərib.