YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səudiyyə Ərəbistanı Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının Səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayır ki, Krallıq Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu bildirir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa və günahkarların cəzalandırılmasına çağırır.