YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu hadisəni törədənin, onun himayədarlarının qanun qarşısında cavab verməsini tələb edirik

Adilə Abasova

YAP Veteranlar Şurasının üzvü, professor

Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum əsl terror hücumudur.

Belə hadisəni şiddətli qınayırıq və deyirik ki, Azərbaycan xalqının iradəsini, birliyini heç kim qıra bilməz, əksinə biz daha da sıx birləşirik. Bir daha bu hadisəni törədənləri, onların himayədarlarını, əsl səbəbkarlarını qanun qarşısında cavab verməsini tələb edirik.

Səfirlikdə həlak olan Orxan Əskərova Allahdan rəhmət, yaralı olan əməkdaşlara şəfa diləyirik. Biz İran hökumətindən bu hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik.