Xəbərlər
Terror yolverilməzdir!

Zərifə Quliyeva
YAP Veteranlar Şurasının üzvü
Bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, səfirliyin mühafizə xidmətinin əməkdaşının öldürülməsi, digər əməkdaşların yaralanması terror aktıdır. "Kalaşnikov" markalı silahla günün gündüz vaxtı Azərbaycan səfirliyinə edilən hücum, İrandakı anti-Azərbaycan qüvvələrinin açıq düşmənçiliyə keçdiyini əyani şəkildə ortaya qoyur. Azərbaycan xalqının tarixi qələbəsini həzm edə bilməyənlər artıq terror yoluna əl atıb. Baş verən terror aktı həm də beynəlxalq hüququn tapdalanmasıdır. Götürək 1961-ci Konvensiyasını. Bütün hallarda İran hökuməti bu hadisəyə görə cavab verməlidir. Mən səfirliyin mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə başsağlığı verirəm. Diplomatik nümayəndəliklərə qarşı terror hücumları yolverilməzdir!