YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan səfirliyinə qarşı terror aktı törədənlər öz layiqli cavablarını alacaqlar

İranda Azərbaycan Respublikasının Səfirliyinə qarşı terror aktı törədən, xalqımızın müstəqilliyi, ərazi bütövlüyünün qorunması istiqamətində Prezidentimizin həyata keçirdiyi siyasətin uğurlarını həzm edə bilməyən bədxahlar öz layiqli cavablarını alacaqlar.

Onlar qarayaxmadan, riyakarlıqdan, satqınlıqdan başqa yolları qalmadıqda belə vəhşiliyə qol qoyublar. Ar olsun terrorçulara və onların himayədarlarına!

Azərbaycan xalqını bu cür alçaqlıqlar və terrorlar heç vaxt öz haqq işindən çəkindirməyib və çəkindirmiyəcək. Çünki biz özümüzün ləyaqətini və birliyini qoruyan xalqıq.

Düşmənlər tam əmin olsunlar ki, belə terrorlar törətməklə xalqımızın iqtidar ətrafında sıx birləşməsini, ölkəmizin qüdrətlənməsi istiqamətində fəallığımızı daha da gücləndirirlər.