YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Oyunlarında iştirak edəcək bir sıra idmançılar Bakıya gəlib

Birinci Avropa Oyunlarında iştirak edəcək bir sıra idmançılar artıq Bakıya gəlib. Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar. İdmançılar hava limanından Atletlər Kəndinə yola salınıblar.

Birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya ilk gələnlər arasında Almaniya və İrlandiya idmançıları, habelə İsrailin nümayəndə heyəti var.

Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyadan keçmiş jurnalistlərin bir qismi də artıq Azərbaycana gəlib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaratdığı xüsusi qərargah yarışlar başlayanadək bütün gün ərzində fəaliyyət göstərəcək.

Iyunun 12-dən 28-dək davam edəcək yarışlarda 49 ölkədən 6 mindən çox idmançının iştirakı nəzərdə tutulur. Yarışlar 20 idman növü üzrə keçiriləcək.