YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə partiyanın fəal gəncləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyas (YAP) Gədəbəy rayon təşkilatında “Sosial şəbəkələrdə gənclərin rolu” mövzusunda partiyanın fəal gəncləri ilə görüş keçirilib.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, ölkənin ictimai-siyasi həyatında gənclərin aktiv fəaliyyətindən danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası sıralarında yer alan gənclər partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin ideyalarının, eləcə də Partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin gənclər arasında təbliği istiqamətində bu günə kimi səmərəli fəaliyyət göstərirlər.

R.Nağıyev qeyd edib ki, bu gün Azərbaycan gəncliyi də cəmiyyətdə tutduğu fəal mövqeyi və çevikliyi ilə seçilir. Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətindən danışan rayon təşkilatının sədri qeyd edib ki, texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarıb.

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov ölkəmizin bütün regionlarında olduğu kimi, Gədəbəy rayonununda da gənclər siyasətinin uğurla həyata keçirildiyindən bəhs edib.

Sonda fəal gənclər sosial şəbəkələrdə fəallıqla bağlı təkliflərlə çıxış ediblər.