YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasında iştirakı ölkəmizin dünya miqyasındakı yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı mövcud həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynadı. Forumda dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, eyni zamanda 52 dövlət və hökumət başçısı iştirak edirdi. Forum çərçivəsində ölkə başçımız İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsi və  Latviyanın, Litvanın, Xorvatiyanın, Monteneqronun, Hollandiyanın dövlət və hökumət başçıları ilə məhsuldar və səmərəli görüşlər keçirdi. Keçirilən görüşlər qarşılıqlı və regional əməkdaşlıq münasibətlərinin inkşafına töhvə vermiş oldu". Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün ölkə başçımız İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətləri ilə mövcud əlaqələrimiz daha da dərinləşməkdədir  və dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməkdə xeyli maraqlıdırlar.

Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin enerji potensialından, bu sahədə həyata keçirilən layihələrdən və Azərbaycanın dünyanın enerji təhlükəsizliyi sahəsindəki əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Bununla yanaşı Azərbaycan Prezidenti çıxışında ölkəmizdə mövcud olan uğurlu biznes mühiti və tranzit potensialı haqqında da ətraflı bəhs etdi: “ Davos Forumu çərçivəsində ölkə başçımızın keçirdiyi görüşlər iqtisadi əhəmiyyəti ilə yanaşı Ermənistanın ifşası və mövcud həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması xüsusunda xeyli əhəmiyyət kəsb etmiş oldu. Ali Baş Komandanımız cənab İlham Əliyev Ermənistanın revanşist siyasətini və destruktiv mövqeyini, sülh prosesinə mane olmaq cəhdlərini Forum iştirakçılarının diqqətinə çatdıraraq növbəti dəfə Ermənistanın yalançı təbliğat siyasətini iflasa uğratmış oldu”