YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davos səfəri Azərbaycanın növbəti uğuru kimi yadda qaldı

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri     

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər etmişdir. Səfər çərçivəsində Dövlət başçımız mühüm görüşlər keçirmiş, olduqca əhəmiyyətli tədbirlərdə işritak etmiş, Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə vermişdir.

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistirala” mövzusunda panel iclasında iştirakı önəmli məqamlardan biri idi. Həmin iclasda Orta Dəhlizin əhəmiyyətindən bəhs edən dövlətimizin başçısı bu nəhəng layihənin iştirakçıları olan ölkələr arasında əlverişli münasibətlərin mövcudluğunu və bu məqamın vacib şərt olduğunu diqqətə çatdırdı. İstənilən çoxmillətli təşəbbüsdə qeyd olunan məqam uğur qazanılması üçün ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olmağımız isə ötən illər ərzində nəqliyyat infrastrukturunda böyük sərmayələrin yatırılmasına səbəb olmuşdur.

Cənub marşrutu uzərində yerləşən Azərbaycanda əlavə biznes imkanlarının yaradıldığını qeyd edən Prezident İlham Əliyev çıxışı əsnasında tezliklə Bakıda dəniz limanının yaxınlığında azad zonanın açılacağını və bu təşəbbüsün bir çox şirkətlərə investisiya yatırması üçün əlverişli məkan olacağına əminliyini bildirdi.Ölkəmizin başçısı forumda həmçinin Azərbaycanda bütün zəruri infrastruktur obyektlərin daha çox yük qəbul etməyə hazır olduğunu və yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanının 25 milyon tona qədər genişlənməsi üçün vəsaitin ayrıldığını bildirdi.

Prezident İlham Əliyev Ermənistanın forumda təmsil olunmamasına aydınlıq gətirərək  qeyd etdi ki, adıçəkilən ölkənin Azərbaycanın sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən sülh sazişi imzalamaqla bağlı təklifinə cavab verməyib.

Dövlətimizin başçısı həmçinin Ermənistanın forumda iştirak etməməsi ilə bağlı bildirdi ki, bunun səbəbi üçtərəfli əməkdaşlıq formatına başlamaqla əlaqədar Gürcüstanla birgə etdiyimiz təklif işğalçı tərəfindən rədd edilib. Forumda qeyd olunduğu kimi Azərbaycanın təklifi liderlərin görüşünün Gürcüstanda təşkil olunmasından və üç Qafqaz ölkəsinin enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərin birləşdirilməsindən ibarətdir ki, bu da bütövlükdə regionun təhlükəsizliyini şərtləndirir.

Beləliklə, Prezident İlham Əliyevin bu ilki Davos səfəri də böyük əhəmiyyət kəsb edərək Azərbaycanın növbəti uğuru kimi yadda qaldı. İqtisadi imkanlarımızın, ölkəmizdəki əlverişli biznes mühitinin təşviqində mühüm uğurlu platforma kimi tanınan Davos İqtisadi Forumunda dövlət başçımızın iştirakı, məhsuldar görüşləri, eləcə də forumun tədbirlərində çıxışı son dərəcə əhəmiyyətli olmaqla yanaşı və bir sıra mühüm məqamları əks etdirdi.

DİGƏR Xəbərlər Arxiv