YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyunun 6-da Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının sınaq tədbiri keçiriləcək

İyunun 6-da Bakı Olimpiya Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının sınaq tədbiri keçiriləcək.

“Bakı-2015”-dən bildiriblər ki, ictimaiyyət üçün bağlı olacaq tədbir saat 20:00-da başlayacaq.

Bakı Olimpiya Stadionunun yaxınlığından avtomobillərlə hərəkət etmək istəyən şəxslərə bildirilir ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi iyunun 6-da saat 16:00-dan gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi də həmin saatlarda bağlanacaq.

Şəhər sakinlərindən həmin gün avtobuslarda və metro stansiyalarında sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş edilir.