YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni imkanlar yaranıb

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.  Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən qeyd edib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmizdə  neft və qaz sektorunaun inkişaf etrdirilməsi üçün böyük  investisiyalar qoyulub ki,bununda nəticəsində ölkəmiz özünün enerji təhlükəsizliyini tamamilə təmin edib. Ölkəmiz öz enerji tələbatini ödəməklə yanaşı xaricə neft və neft məhsulları ixrac edir.Bu da onun nəticəsidir ki,Azərbaycanda aparılan iqtisadi siyasət düzgün aparılır..

Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini Azərbaycan hələ iki il əvvəl  tərəfdaşları ilə başa çatdırmış və ölkəmizdən Cənubi Avropaya gedən  boru kəmərləri sistemi yaratmışdır. Yaradılan bu və digər müasir enerji infrastrukturu sayəsində  ölkəmizin təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə,  növbəti  ildə bu rəqəm 24 milyard kubmetrə çatacaq.

Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident  İlham Əliyev vurğuladı ki, Azərbaycan dövlətinin hədəfində bərpaolunan enerji sahəsini inkişaf etdirmək məsələsi durur ki,ölkəmiz bu işin də öhtəsindən layiqincə gələrək  Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planı ölkəmizin yalnız öz enerji təhlükəsizliyi ilə bağlı deyil.  Azərbaycan dövlətinin bərpaolunan enerji ilə bağlı olan proqramı bu sahənin inkişafı üçün böyük potensialın olması ilə bağlıdır. Nəticədə isə Azərbaycan öz ixracını şaxələndirmək imkanı qazanacaq.

Bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın “Masdar” şirkəti ilə əməkdaşlığı özünəməxsus yer tutur. Belə ki, “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalayıblar. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi nəticəsində istehsal gücü 10 qiqavata qədər artırılacaq. Ümimilikdə, ölkəmizin “Masdar” ilə əməkdaşlığı Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Azərbaycanın Ərəb Dövlətləri Liqası və ona üzv dövlətlərin hər biri ilə  yüksək səviyyəli əlaqələri mövcuddur. Bu əlaqələrin daha da genişlənməsi üçün Möhtərəm Prezidentimiz  İlham Əliyev cənabları keçən il  Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq kimi iştirak etmiş və orada geniş, məzmunlu çıxış etmişdir.Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun yüksək səviyyədə olmasından xəbər verir. Dövlət başçısımız İlham Əliyev cənabları Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət etməsi iki dövlət arasında əlaqələrin inkişafı üçün yeni imkanlar açır.Bir sözlə bu sahədə atılan yeni addımlar ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq.

DİGƏR Xəbərlər Arxiv