YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Birinci Avropa Oyunlarının Şərqi Avropa ölkələrində təbliği” layihəsi həyata keçirilib

“Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Varşavada “Birinci Avropa Oyunlarının Şərqi Avropa ölkələrində təbliği” layihəsini həyata keçirib.

Layihə çərçivəsində gənclərə Azərbaycan həqiqətləri və ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin mədəniyyətimizin, tariximizin təbliği üçün silsilə tədbirlər keçirilib.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə dəstək olaraq, layihə çərçivəsində həmin ölkələrin ictimaiyyətinin nümayəndələrinə məlumatlar verilib və bukletlər paylanıb.