YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: İlk Avropa Oyunları ölkəmizdə idmanın kütləviliyinə müsbət təsir edəcək

«İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir. Bu fakt xüsusilə Prezident İlham Əliyevin uğurlu siyasətinin təzahürüdür». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib. 

S.Orucov bildirib ki, Azərbaycanda güclü idman infrastrukturu yaradılıb. Onun sözlərinə görə, idman kompleksləri, yolların abadlaşması, şəhərlərin inkişafı, turizm obyektləri və digər infrastrukturlar uzun illər xalqın xidmətində olacaq.
«Eyni zamanda, turizmin inkişafına da geniş imkanlar yaranacaq. Bütün bunlar həm də Azərbaycanın təbliğidir. Çünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyyətlərini dünyada təbliğ edəcəklər. Digər vacib məqam odur ki, bir daha Azərbaycan özünü dünyaya dostluq, qardaşlıq, barış məkanı kimi təqdim edəcək. Bütün dünya bu reallığın şahidi olacaq. Onu da deyim ki, ilk Avropa Oyunları ölkəmizdə idmanın kütləviliyinə də müsbət təsir edəcək. Artıq bu baxımdan qürurla deyə bilərik ki, yeni nəsil yetişir və onların idman sahəsində uğurları artır. Beynəlxalq yarışlarda qazanılan medalların ilbəil artması bunu təsdiqləyir» - deyə YAP Gənclər Birliyinin sədri qeyd edib.