YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Cari ildə daha 5 elektron xidməti əhalinin istifadəsinə verməyi planlaşdırırıq

Dövlət Sosial Müdafiə Fondu (DSMF) sistemində xidmətin elektronlaşdırılması işi sürətlə davam etdirilir. Hazırda DSMF elektron xidmətlərin göstərilməsi sahəsində ən öncül dövlət qurumlarındandır.

Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qaxda jurnalistlərə müsahibəsində bildirib.

“Cari ildə biz daha 5 elektron xidməti əhalinin istifadəsinə verməyi planlaşdırırıq”, - deyən E.Mehdiyev qeyd edib ki, ümumiyyətlə, DSMF tərəfindən əhaliyə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir: “Əsas etibarilə Fondun kadr potensialının daha da gücləndirilməsi, davamlı ixtisasartırma tədbirlərinin reallaşdırılması və sistemə yeni, gənc, müasir təhsilli işçi qüvvəsinin cəlb olunması istiqamətində işlər aparılır. Təkcə may ayı ərzində dövlət qulluğuna mütəxəssislərin müsabiqə vasitəsilə qəbul olunması yolu ilə Dövlət Sosial Müdafiə Fondu sisteminə 68 gənc mütəxəssis işə qəbul edilib. Əhali ilə işin xüsusiyyətlərinə daha dərindən bələd olmaq üçün onlar davamlı treninqlərə cəlb olunurlar”.

 

DİGƏR Xəbərlər Arxiv