YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, xalqımızın qəhrəmanlıq tarixində 20 Yanvar hadisələrinin mühüm yer tutduğunu və bu hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirib. 33 il əvvəl ölkədə baş verən ictimai-siyasi proseslərdən danışan İ.İlyasov SSRİ rəhbərliyinin milli azadlıq hərəkatını qan içində boğmağa və xalqın mübarizə əzmini qırmağa çalışması istiqamətində atdığı addımlardan geniş bəhs edib.

“Ulu Öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması barədə göstəriş verdi. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsinin məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı” – deyə fikirlərini yekunlaşdırıb.

Digər çıxışlarda vurğulanıb ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız Ulu Öndər Heydər Əliyev zəkası və siyasi bacarığı sayəsində öz istiqlaliyyətinə qovuşdu. Heydər Əliyev ideyalarının və siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə baş vermiş Vətən müharibəsində düşmən üzərində qələbəmizi təmin edərək xalqımıza böyük zəfərin sevincini yaşatdı.