YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinə həsr olunan rəsmi qəbul keçirilib

İyunun 2-də Bakıda XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinə həsr olunan rəsmi qəbul təşkil edilib.

Qəbulda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sərginin əhəmiyyətindən danışıb.

Səfir ABŞ ilə Azərbaycan arasında enerji, təhlükəsizlik və iqtisadiyyatın inkişafı sahəsində sıx əməkdaşlığın həyata keçirildiyini deyib. O əlavə edib ki, artıq 20 ildən çoxdur ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından söhbət açan səfir deyib ki, Oyunlar bütün xalqların nümayəndələrini bir araya gətirmək üçün yaxşı səbəbdir. Avropa Oyunlarından əvvəl hər kəs Azərbaycanda geniş tikinti, quruculuq və abadlıq işlərinin aparıldığının şahidi olub. ABŞ idmanın müxtəlif xalqların nümayəndələrini bir araya gətirmək, yoldaşlıq mühiti yaratmaq kimi xüsusiyyətlərini təqdir edir. R.Sekuta deyib: “Hökumətimiz və şəxsən öz adımdan bütün iştirakçılara, o cümlədən azərbaycanlı idmançılara uğurlar arzulayıram”.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəsi ilə Azərbaycan arasında neft-qaz sahəsində yüksək səviyyəli əməkdaşlığın olduğunu bildirib.

Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrou yüksək səviyyəli qonaqpərvərliyinə görə Azərbaycana minnətdarlığını bildirib. O, Azərbaycanın ilk Avropa Oyunlarını uğurla keçirəcəyinə əminliyini bildirib.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.