YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Britaniya qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və oradakı rejimlə heç bir əlaqəsi yoxdur

Biz qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımırıq və oradakı rejimlə heç bir əlaqəmiz yoxdur.

Bu fikri Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq qondarma “Dağlıq Qarabağ respublikası”nın nümayəndələrinin Britaniyaya səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, istənilən şəxs viza alaraq sərhəd tələblərinə riayət etməklə fərdi şəkildə Böyük Britaniyaya səfər edə bilər. Amma haqqında danışılan həmin şəxslər Britaniyaya səfər etsələr belə, onların Britaniya hökumətinin nümayəndələri ilə heç bir görüşü planlaşdırılmayıb və heç bir əlaqə də qurulmayıb.

 

DİGƏR Xəbərlər Arxiv