YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xaçmaz rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd edilib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib. Ulu Öndərin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 17 yanvar 1993-cü ildə ilk rayon təşkilatlarından biri məhz Xaçmazda yaradılıb. O, ötən 30 il ərzində partiyanın rayon təşkilatının Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, bu gün də partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici dövlət siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman çağırışlara sədaqət nümayiş etdirirlər.

Digər çıxış edənlər rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv