YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub.

Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi, yazıçı-publisist Səyyad Aran, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov, partiya veteranları, ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və partiya fəalları iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunduqdan sonra partiyanın yerlərdə təşkilatlanma çağırışına Sabirabad rayonu ilk səs verənlərdən oldu.  V.Rüstəmov ötən 30 il ərzində partiyanın rayon təşkilatının Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiyini vurğulayıb. Rayon təşkilatının sədri onu da qeyd edib ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, DQİDK sədrinin birinci müavini Səyyad Aran, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov çıxışlarında rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Dövlətə, xalqa xidmət etmək partiyanın fəaliyyətinin ana xəttini təşkil edir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.

Partiya veteranları Məhərrəm Məhərrəmov, Fəzail Cəfərov, Gülnar Hüseynova, Nadir Quliyev və Fatma Hüseynova qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu.

Tədbirin sonunda YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya veteranı və və fəalına fəxri fərmanlar təqdim olunub.

Sonda videoçarx nümayiş edilib.

DİGƏR Xəbərlər Arxiv