YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Azərbaycanın qaz ixracatı nə qədər olacaq?

Moldova KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışına geniş yer ayırıb.

Bu ölkənin “Noi”, “DosarMedia” və digər xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın dünya iqtisadiyyatının və enerji sahəsinin inkişafına verdiyi töhfə barədə fikirlərinə diqqət çəkilib.

Məqalələrdə dövlətimizin başçısının sitatlarına istinadla vurğulanır ki, bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Azərbaycan Avropaya qaz ixracatını artırır. Bu il Azərbaycanın qaz ixracatı 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək.