YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi partiyalar haqqında” yeni qanun ölkəmizdə siyasi mühitinin inkşafına böyük təkan verəcək

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Bu gün Azərbaycanda digər sahələrlə yanaşı qanunvericilik sahəsi də inkşaf etdirilir, təkminləşdirilir və müasir dövr dünya  standarlarının tələblərinə uyğunlaşdırılır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə  və qanunvericilik sahəsində həyata keçirilən islahatlara bariz nümunədir.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu hələ 30 il bundan əvvəl -1992-ci il iyun ayının 3-də qəbul edilmişdir. Eyni zamanda bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclis sədrinə müraciət etmişdir. Bütün bu faktlar bir daha göstərir ki, artıq ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulu mütləq zərurətə çevrilmişdir.

Qəbul edilmiş yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Belə ki qanunun qəbulu zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, 24 ölkənin təcrübəsi , 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif və Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınmışdır.

Qəbul edilmiş yeni qanuna nəzər saldıqda görürür ki, yeni qanun siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin və effektliliyinin yüksəlməsinə hesablanmışdır.

Ümumilikdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ölkəmizdə siyasi mühitinin inkşafına və siyasi sistemin dayanıqlığına böyük təkan verməklə yanaşı  siyasi partiyalar üçün yeni imkanlar açmış olacaq.