YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.

10 yanvar tarixdə Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində  görülmüş işləri çox geniş şəkildə təhlil etdi və gələcək prespektivlər barədə mühüm açıqlamalar verdi.

Ölkə Prezidenti İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır.

Tarix boyu yüz minlərlə soydaşımız zorla öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovulmuşdur. Bu gün onların hüququdur ki, öz doğma torpaqlarına qayıtsınlar. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycan dünya üçün çox əhəmiyyətli bir dövlətdir və bu gün Azərbaycanın böyük, güclü dövlətlərlə tərəfdaşlıq və dostluq əlaqələri mövcuddur. 

Biz inanırıq ki, gün gələcək  Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edildiyi kimi, Qərbi Azərbaycana  Böyük Qayıdış Proqramı da yaxın gələcək də həyata keçəcək. 

Bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir.

Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.